Türkiyə Kurtulmuş: NATO ölkələrinin Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi embarqoları alyansın ruhuna ziddir Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş NATO-ya üzv bəzi ölkələrin Ankaraya müdafiə sənayesi məhsullarının tədarükünə tətbiq etdiyi embarqoları "birtərəfli, mənasız və alyansın ruhuna zidd" adlandırıb.