#yüksək temperatur və qırmızı təhlükə səviyyəsi

Fransada son günlər Qərbi Avropanı təsiri altına alan rekord istilər fonunda ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı açıqlanıb. Fransa İctimai Səhiyyə Agentliyinin yaydığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə qeydə alınan ölüm sayı əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən 1000 nəfər çox olub.