#Fransa İctimai Səhiyyə Agentliyi

Fransada son günlər Qərbi Avropanı təsiri altına alan rekord istilər fonunda ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı açıqlanıb. Fransa İctimai Səhiyyə Agentliyinin yaydığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə qeydə alınan ölüm sayı əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən 1000 nəfər çox olub.