#Azərbaycan Evi

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Xalq artisti, görkəmli kino və teatr aktyoru Fəxrəddin Manafovla görüş keçirilib. Görüşdə Macarıstanda yaşayan soydaşlarımızla yanaşı, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Gürcüstanın Macarıstandakı səfirləri də iştirak ediblər.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.