#Azərbaycanın dövlət büdcəsi

"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.