İraqın Süleymaniyə şəhərində neft məhsullarının saxlanıldığı müəssisədə baş verən güclü yanğın nəticəsində, əsasən müəssisə əməkdaşları olmaqla, təxminən 30 nəfər yaralanıb. Yanğın Tancro Sənaye Bölgəsindəki yanacaq istehsalı müəssisəsində gecə saatlarında başlayıb. Alovun neft məhsullarının saxlanıldığı çənlərə keçməsindən sonra ərazidə partlayış səsləri eşidilib.
#yanğınsöndürənlər
Norveçin Drammen şəhəri yaxınlığında baş verən güclü yanğın nəticəsində 50-dən çox ev məhv olub. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub və yanğın yaşayış məntəqəsindən meşə sahəsinə keçib. Ərazi qalın qara tüstü ilə örtülüb. Hadisə zamanı ölən, yaralanan və ya itkin düşən şəxslər barədə məlumat yoxdur. Polis yüzlərlə sakini təhlükəsizlik məqsədilə təxliyə edib. Yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün işlərini davam etdirirlər. Yanğının başvermə səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.
Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib. Hadisə ilə əlaqədar iki yaşayış məntəqəsinin təxliyəsinə qərar verilib. Yanğının söndürülməsinə 88 yanğınsöndürən və könüllü cəlb olunub. Əməliyyatlarda səkkiz təyyarə və altı helikopter iştirak edir. Alovun yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir. Rəsmilər təhlükəsizlik tədbirlərini gücləndiriblər. Yanğının yayılmasının qarşısını almaq üçün havadan və qurudan müdaxilə davam edir. Hadisənin səbəbləri araşdırılır.