#Fələstin münaqişəsində ərəb və İslam ölkələrinin sülhməramlı missiyaları

Misir rəsmi olaraq bəyan edib ki, öz hərbi qüvvələri ilə Qəzzadakı "Beynəlxalq Sabitlik Qüvvələri"nin tərkibində iştirak edəcək və bununla da özünü Fələstin bölgəsində müharibədən sonrakı dövrün nizamlanmasının tam mərkəzinə yerləşdirib. Bu qərar rəsmi Qahirənin müharibədən sonra Qəzzanın təhlükəsizliyinə və sabitliyinə olan sadiqliyi barədə dünyaya çox aydın bir mesaj ötürsə də, eyni zamanda ən böyük ərəb dövlətini olduqca incə bir sınaq qarşısında qoyur: Öz milli təhlükəsizliyini qorumaqla yanaşı, gələcək fəsadları və bədəli öncədən proqnozlaşdırıla bilməyən açıq bir hərbi münaqişənin daxilinə sürüşməkdən necə mühafizə olunmalı?