#iRU Strato 15ALID5 modelinin texniki xüsusiyyətləri

Son vaxtlar istifadəçilərin ucuz kompüterlərə olan tələbləri nəzərəçarpan dərəcədə yüksəlib. Böyük ehtimallı, bu proses cihazların istismar (sahiblik) müddətinin artması ilə bağlıdır: heç kim satın aldığı noutbuku cəmi bir-iki il sonra yenisi ilə əvəzləmək niyyətində deyil. Müvafiq olaraq, minimum məhsuldarlığa sahib ən ucuz büdcəli həllərə və 8 GB operativ yaddaşlı modellərə nisbətən, sistemdə heç bir ləngimə və "donma" baş vermədən 2, 3 və ya 5 il rahat işləyə biləcək kifayət qədər güc ehtiyatı olan modellərə maraq kəskin artıb. Rusiyada yığılan "iRU Strato 15ALID5" modeli məhz bu kateqoriyaya daxildir. Cihazın yaddaş həcmi tam kifayətdir, prosessoru kifayət qədər cəlddir, baxmayaraq ki, bütövlükdə bəzi kompromislərdən də xali deyildir.