#Ankara NATO sammiti

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın İrana endirdiyi son hava zərbələrinin "tamamilə zəruri" olduğunu bildirib. Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Rutte deyib ki, əgər atəşkəs qüvvədə olduğu halda İran onu pozursa, ABŞ-ın buna qətiyyətli şəkildə cavab verməsi vacibdir.

Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüş alyansın gələcəyi və regional təhlükəsizlik baxımından ən mühüm hadisələrdən biri hesab olunur. Görüşdə ikitərəfli münasibətlərdən tutmuş Ukrayna müharibəsi, İran məsələsi və müdafiə sənayesi əməkdaşlığına qədər bir sıra strateji mövzuların müzakirə ediləcəyi gözlənilir.

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.