#Niyə Pentaqon Çin şirkətlərinə qarşı sanksiya tətbiq edir

Çin hökuməti ABŞ-ın bir sıra aparıcı texnologiya şirkətlərini hərbi əlaqələrdə ittiham edərək xüsusi siyahıya daxil etməsinə kəskin etiraz edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, Vaşinqton iqtisadi və texnoloji məsələləri siyasiləşdirir, həmçinin milli təhlükəsizlik anlayışını əsassız şəkildə genişləndirərək Çin şirkətlərinə təzyiq göstərir.