#Rouven Mohr

Formula 1 Monako Qran-pri şənlikləri zamanı nümayiş etdirilən bu superkar hibrid sistemlə kombinasiya olunmuş ikiqat turboşarjlı 4.0 litrlik V8 mühərriki ilə təchiz edilib. Təxminən 1000 at gücü hasil edən və 10000 dövriyyəyə (RPM) qədər qalxa bilən bu mühərrik korporativ qardaş "Lamborghini Temerario" modelindən götürülsə də ondan daha çox gücə sahibdir. Avtomobildə ön oxda iki, arxa oxda isə bir ədəd olmaqla üç elektrik motoru quraşdırılıb. Bu güc paketi 7.3-kWh batareya sayəsində avtomobilin sıfırdan saatda 60 mil (0-96 km/s) sürəti cəmi 2.6 saniyəyə yığmasına və saatda 217 mil (350 km/s) maksimum sürət toplamasına imkan verir.