#Radar sistemi

İran Qətərdəki Əl-Udeyd ABŞ hərbi hava bazasına zərbə endirdiyini açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu hücumun əməliyyatların 15-ci dalğası çərçivəsində həyata keçirildiyini bildirib. İran tərəfi uzaqmənzilli radar sisteminin və bir neçə strateji yanacaqdoldurma təyyarəsinin məhv edildiyini iddia edib. Bəyanatda ABŞ-yə və onun hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq ünvanlanıb. Tehran hücumların davam edəcəyi təqdirdə daha sərt cavablar verəcəyini bildirib. ABŞ və Qətər tərəfi İranın açıqladığı dağıntıları hələlik təsdiqləməyib. Hücumun nəticələri barədə müstəqil məlumat mövcud deyil. Əl-Udeyd bazası ABŞ-nin Yaxın Şərqdəki əsas hərbi mərkəzlərindən biri hesab olunur.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın son hərbi addımlarını sərt şəkildə tənqid edərək onları atəşkəs rejiminin pozulması kimi qiymətləndirib. Nazirliyin açıqlamasında Sirik bölgəsi və Qeşm adasında yerləşən obyektlərə endirilən zərbələrin regional sabitliyə ciddi təhlükə yaratdığı bildirilib. Tehran bu hadisələrin bütün nəticələrinə görə Vaşinqtonu məsul hesab etdiyini açıqlayıb. Bəyanatda həmçinin region ölkələrinə çağırış edilərək, onların ərazilərinin və infrastrukturunun digər dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməmələrinin vacibliyi vurğulanıb.