#Natra gəmisi

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən dron hücumları nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları ilə bağlı yeni təfərrüatlar açıqlanıb. Xarici İşlər Nazirliyinin məlumatına görə, 25 nəfərdən ibarət heyət üzvləri arasında 4 nəfərin həlak olduğu, 4 nəfərin isə yaralandığı müəyyənləşdirilib. İki nəfərin cəsədi tapılıb və onların Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Digər iki nəfərin taleyi ilə bağlı axtarış işləri davam edir. Yaralıların əksəriyyətinin vəziyyəti stabildir və onlara tibbi yardım göstərilir. Azərbaycan diplomatik nümayəndəliyi isə hadisədən zərər çəkən vətəndaşlara dəstək vermək üçün bölgədə fəaliyyətini davam etdirir.