#Robert Kennedi güllələndi

5 iyun 1968-ci ildə, gecə yarısından qısa müddət sonra, senator Robert Kennedi Kaliforniyadakı prezident partiyadaxili ilkin seçkilərində (praymriz) qalib gəldikdən sonra Los-Ancelesdəki "Ambassador" mehmanxanasında güllələnib. Kennedi onu coşqu ilə dəstəkləyən tərəfdarlarına ölkənin artıq daxili parçalanmalara son qoymağa hazır olduğunu bəyan etdikdən dərhal sonra, 24 yaşlı fələstinli Sirhan Sirhan tərəfindən bir neçə dəfə atəşə tutulub. Onun bir gün sonra, 6 iyun 1968-ci ildə vəfat etdiyi rəsmən açıqlanıb.