#Şimali Koreyada nüvə materiallarının istehsalı nə qədər artıb

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsində silah istehsalı üçün yararlı nüvə materiallarının həcminin son beş ildə iki dəfədən çox artdığını bəyan edib. Məlumata görə, Kim Çen In bu açıqlamanı yaxın vaxtlarda istismara verilmiş nüvə materialları istehsalı müəssisəsinə baxış zamanı səsləndirib. O bildirib ki, ölkənin nüvə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.