Ankarada keçirilən beynəlxalq simpoziumda Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub. Tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, TÜRKSİT və POLSAM təşkilatçılığı ilə baş tutub, diplomatlar, deputatlar, alimlər və ekspertlər iştirak ediblər. Müzakirələrdə Türk Dövlətləri Təşkilatının əhəmiyyəti, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və təhsil sahələrindəki imkanlar vurğulanıb. Eyni zamanda vətəndaş cəmiyyətinin rolu, ortaq türk əlifbası və birgə gələcək perspektivləri müzakirə olunub. Tədbirdə iştirakçılar Türk dünyasının birliyinin möhkəmləndirilməsinin regional və qlobal əhəmiyyətini önə çəkiblər.