Oman sahilləri yaxınlığında zədələnmiş tankerdən sızan neft təxminən 390 kvadratkilometr əraziyə yayılıb. "Karolin Bezengi" tankerinin Rusiya xam nefti daşıdığı bildirilir. Neft ləkəsi Həllaniyyat adalarından Oman sahillərinə doğru hərəkət edir. Çirklənmiş ərazinin sahilə ən yaxın nöqtəsi təxminən 7 kilometr məsafədədir. Gəmi heyəti ilk dəfə iyunun 8-də Yəmənin Əl-Mükəlla limanı yaxınlığında problemlə üzləşdiyini bildirib. İlkin məlumatlara görə, gəmidə partlayış baş verib. Tankerin zədələnməsinin dəqiq səbəbi hələ məlum deyil. Oman hakimiyyəti neft sızmasının qarşısının alınması üçün tədbirlər həyata keçirir.
#Rusiya nefti
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı son 4 ilin ən genişmiqyaslı sanksiya paketini təsdiqləyib. Aİ Şurasının məlumatına görə, yeni məhdudiyyətlər çərçivəsində Rusiya ilə əlaqəli 218 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Aİ ölkələri həftələrlə davam edən danışıqlardan sonra Rusiyaya qarşı 21-ci sanksiya paketi üzrə siyasi razılığa gəlib və daha sonra sənədi rəsmi şəkildə qəbul edib.
Hörmüz boğazında yaranan gərginlik və Yaxın Şərqdən enerji tədarükündəki pozulmalar Hindistanı neft idxalını diversifikasiya etməyə məcbur edib. Ölkənin emal şirkətləri Latın Amerikası və Afrika ölkələrindən daha çox neft almağa üstünlük verir, bu isə Venesuela, Braziliya, Anqola və Nigeriyadan idxalın artırılması ilə müşahidə olunur. Rusiya neftinin alınması davam etdirilir, İraqdan idxal isə may ayında müəyyən həcmdə bərpa olunacaq. Analitiklər hesab edirlər ki, Hindistanın bu siyasəti enerji təhlükəsizliyini təmin etmək və Hörmüz boğazındakı qeyri-müəyyənlikdən asılılığı azaltmaq məqsədi daşıyır.