Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.
#Livan Prezidenti
Livan Prezidenti Cozef Aun ölkənin adından heç kimin danışıqlar aparmadığını bildirib. O qeyd edib ki, Livan beynəlxalq təşəbbüsləri dəstəkləyir, lakin daxili işlərə müdaxiləni qəbul etmir. Prezident dövlətin bütün vətəndaşların təhlükəsizliyinə cavabdeh olduğunu vurğulayıb. Onun sözlərinə görə, güclü və birləşmiş dövlət quruculuğu əsas prioritetdir. Aun siyasi rəqabətin dövlətin inkişafına mane olmamalı olduğunu bildirib. Eyni zamanda İran İsrailin Livandan çıxmasını tələb edib. Mövzu ABŞ-İran danışıqları fonunda gündəmdədir. Livanda gərginlik davam edir.
Livan Prezidenti Cozef Aun İran və ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirib. O, sənəddə Livanın təhlükəsizliyi və sabitliyinə verilən önəmi alqışlayıb. Prezidentin sözlərinə görə, ölkəsinin suverenliyinə hörmət göstərilməsi mühüm əhəmiyyət daşıyır. Aun hesab edir ki, razılaşma bölgədə sabitliyin möhkəmlənməsinə kömək edə bilər. O, xalqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. Livan rəhbəri ölkədə dağıdılmış ərazilərin bərpasını prioritet məsələ adlandırıb. Prezident vətəndaşların normal həyata qayıtmasının vacibliyini qeyd edib. Onun fikrincə, təhlükəsiz mühit Livanın yenidən qurulması üçün əsas şərtdir.
Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində fəallıq artdığı bir vaxtda Livan Prezidenti Cozef Aun regional münaqişənin nizamlanması və planlaşdırılan yeni atəşkəs sazişinin pərdəarxası məqamları ilə bağlı olduqca kritik bəyanatlar səsləndirib.
Hizbullah İsrail və Livan arasında Vaşinqtonda keçirilən danışıqları tənqid edərək, onları davam edən hərbi əməliyyatlar fonunda “pulsuz güzəştlər” kimi qiymətləndirib.Tərəflər sonuncu dəfə aprelin 23-də Ağ Evdə görüşmüşdülər. Həmin görüşdə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqlamış və iki ölkə arasında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirmişdi.