#İsrail və Livan arasında Vaşinqtonda keçirilən danışıqlar

Hizbullah İsrail və Livan arasında Vaşinqtonda keçirilən danışıqları tənqid edərək, onları davam edən hərbi əməliyyatlar fonunda “pulsuz güzəştlər” kimi qiymətləndirib.Tərəflər sonuncu dəfə aprelin 23-də Ağ Evdə görüşmüşdülər. Həmin görüşdə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqlamış və iki ölkə arasında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirmişdi.