#Ənvər Sədat

Misir dövlət xadimi və hərbi lideri Ənvər Sədat 1918-ci il dekabrın 25-də Qahirənin şimalında yerləşən Mit Əbul-Qum şəhərində sudan əsilli böyük bir ailədə dünyaya gəlib. O, hərbi xəstəxanada məmur vəzifəsində çalışan Məhəmməd Sədat və Sitt əl-Barraynın on üç övladından biri idi. Ailəsi dindar müsəlman köklərinə bağlı idi.

Hücumçulara Misir ordusunda leytenant olan və “Təfkir vəl-Hicrə” adlı terrorçu qrupla əlaqəsi olan Xalid əl-İslambuli rəhbərlik edirdi. Onlar hərbi geyimdə paraddakı tribunaya yaxınlaşıb atəş açaraq qumbaralar atdılar. Sədat dörd güllə yarası aldı və iki saat sonra vəfat etdi. Hücum zamanı daha 10 nəfər həyatını itirdi.