İran Prezidenti Məsud Pezeşkian beynəlxalq münasibətlərdə müstəmləkəçilik və istismar siyasətinin gələcəyinin olmadığını bildirib. Tehranın açıqlaması ABŞ-la sülh müzakirələri və Hörmüz boğazı ətrafında artan gərginlik fonunda səslənib.
#ABŞİranGərginliyi
ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanın sona çatacağına dair gözləntilərin güclənməsi qlobal bazarlarda qızıl qiymətlərinin yüksəlməsinə səbəb olub. İnvestorlar geosiyasi risklərin azalacağına dair siqnalları diqqətlə izləyərkən, spot qızıl və qızıl fyuçersləri həftəlik qazanca doğru irəliləyib.
Hörmüz boğazında gərginlik yenidən yüksəlir. İran mediası ABŞ qüvvələrinin İran neft tankerinə hücum etdiyini iddia edir, Tehran isə buna cavab verildiyini bildirir. Tasnim agentliyinin məlumatına görə, atışmalardan sonra vəziyyət hazırda “sakit” qiymətləndirilsə də, bölgə faktiki qarşıdurma zonasına çevrilib.