#hava limanı

İran Xarici İşlər naziri Abbas Əraqçi Küveyt və Bəhreynə endirilən raket və dron zərbələrini “özünü müdafiə zərbələri” adlandırıb. Küveyt 30 raket və dronu neytrallaşdırıb, hava limanına endirilən hücumda bir nəfər həlak olub, onlarla şəxs yaralanıb. Araqçi bildirib ki, hücum ABŞ qüvvələrinin mülki gəmilərə hücum və atəşkəsi pozmaq üçün istifadə etdiyi obyektlərə qarşı edilib və əlavə müharibə ilə nəticə əldə olunmayacaq. Bu açıqlama regionda gərginliyin davam etdiyini göstərir.

İsrailin mülki aviasiya rəsmisi Şmuel Zakay Ben Qurion beynəlxalq hava limanının faktiki olaraq “ABŞ hərbi bazasına” çevrildiyini bildirib. Onun sözlərinə görə, hava limanında artan hərbi fəaliyyət xarici aviaşirkətlərin İsrailə geri dönüşünü gecikdirir və aviabiletlərin bahalaşmasına səbəb olur. Zakay bu vəziyyətin İsrail aviaşirkətlərinin maliyyə sabitliyinə ciddi təhlükə yaratdığını vurğulayıb. O, ABŞ hərbi təyyarələrinin digər bazalara köçürülməsini təklif edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirilən layihələrlə Türkiyənin həm bölgədə, həm də dünyada seçkin bir mövqeyə yüksəldiyini bəyan edib. Ankara Esenboğa Hava Limanında yeni obyektlərin açılış mərasimində çıxış edən dövlət başçısı Türkiyənin artıq nə deyəcəyi və necə mövqe tutacağı maraqla gözlənilən bir ölkəyə çevrildiyini vurğulayıb. Ərdoğan son 23 ildə əsər və xidmət siyasətindən güzəştə getmədiklərini, səhiyyədən xarici siyasətə, təhsildən nəqliyyata qədər hər sahədə nəhəng investisiyalara imza atdıqlarını diqqətə çatdırıb. O Türkiyənin artıq digər ölkələri təqib edən deyil, özü təqib edilən bir güc mərkəzi olduğunu bildirib.

2025-ci ilin dekbar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 84 milyon 457 min 421 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 17 milyon 730 min 321 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 66 milyon 727 min 100 nəfər təşkil edib.

İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

2025-ci ilin iyul ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 2 milyon 123 min 375 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 667 min 691 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 455 min 684 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 20 min 583 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 13 min 354 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 7 min 229 ton təşkil edib.