Həzrəti Ömər Fil hadisəsindən təxminən on üç il sonra, digər bir rəvayətə görə isə Böyük (Dördüncü) Ficar müharibəsindən dörd il əvvəl Məkkədə anadan olmuşdur (Xəlifə ibn Xəyyat, I, 151). Ata tərəfindən soyu cahiliyyə dövründə Qureyş qəbiləsinə məxsus səfərat (elçilik) işlərinə baxan Adi ibn Kəb qəbiləsinə çatır və Kəb ibn Lüeydə Peyğəmbərin nəsəbi ilə birləşir. Anası Məhzum qəbiləsindən Hantəmə bint Haşimdir. Müsəlman olmazdan əvvəlki həyatı haqqında kifayət qədər məlumat yoxdur. Atasının dəvələrini otdardığı, spirtli içkilərə və qadınlara çox meylli olduğu, yaxşı ata mindiyi, silahdan mükəmməl istifadə etdiyi və pəhlivan bədən quruluşuna sahib olduğu qeyd edilir. Eyni zamanda şeirə maraq göstərdiyi, gözəl danışdığı, oxuyub-yazma bildiyi, nəsəb (şəcərə) elmini öyrəndiyi, ticarətlə məşğul olduğu, bu məqsədlə Suriya, İraq və Misirə getdiyi, Qureyş qəbiləsi adından elçilik vəzifəsini yerinə yetirdiyi rəvayət olunur.
#Ömər ibn Xəttab
Səudiyyə Ərəbistanının Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı erkən İslam tarixi ilə bağlı mühüm tapıntılar üzə çıxıb. Ölkənin Mədəni İrs Qurumu tərəfindən açıqlanan məlumata görə, Mədinə bölgəsinin Məhəd rayonunda həyata keçirilən arxeoloji araşdırmalar nəticəsində ümumilikdə 1774 yeni tarixi abidə və iz qeydə alınıb.
IX əsrdə yaşamış Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman əl-Bərdəi, İslam elminin inkişaf etdiyi dövrdə Azərbaycanın Bərdə şəhərindən çıxaraq İslam dünyasının mərkəzi hesab olunan Məkkəyə yollanmış görkəmli hədis ravilərindən biridir. Onun həyatı və fəaliyyəti Azərbaycanın orta əsrlər elm tarixində tutduğu mühüm yeri bir daha sübut edir.