#Mikati ailəsi

Ərəb dünyasında ən varlı ailələrin yeni reytinqi açıqlanıb və regionun iqtisadi güc balansını əks etdirən siyahı formalaşıb. 2026-cı ildə ilk beşliyə daxil olan ərəb ailələrinin ümumi sərvəti 58 milyard dollara çatır və siyahıya Hüseyn Sacvani rəhbərlik etdiyi Sacvani ailəsi başçılıq edir. Siyahının ilk pilləsində qərarlaşan Sacvani ailəsi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən ən güclü biznes imperiyalarından birinə sahibdir. Ailənin sərvəti əsasən daşınmaz əmlak sektorunda uzun illər ərzində qurulan və genişlənən layihələr hesabına formalaşıb. “DAMAC Properties” şirkəti vasitəsilə böyük kapital toplayan Hüseyn Sacvani regionun aparıcı biznes fiqurlarından biri kimi tanınır. Onun oğlu Abbas Sacvani isə Dubayda həyata keçirdiyi lüks layihələrlə ailə biznesini inkişaf etdirir.