#İqtisadi suverenlik

Son dövrlərdə Avropa İttifaqı (Aİ) rəsmiləri tərəfindən Kanadanın birliyə mümkün üzvlüyü ilə bağlı səsləndirilən fikirlər sadəcə siyasi ritorika deyil, qitənin iqtisadi prioritetlərinin fundamental şəkildə dəyişməsinin göstəricisidir. Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı, Yaxın Şərqdəki qeyri-sabitlik və qlobal tədarük zəncirindəki qırılmalar Avropanı "ən ucuz" olanı deyil, "ən təhlükəsiz" olanı axtarmağa sövq edib. Bu kontekstdə Kanada həm resurs zənginliyi, həm də institusional etibarlılığı ilə Avropanın iqtisadi təhlükəsizliyinin mərkəzi sütununa çevrilir.