#prezidentliyə namizəd

ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərinə namizəd ola biləcəyini istisna etməyib. O, bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində danışıb. “Nə ‘yox’ deyirəm, nə də ‘bəli’,” – deyə Erik Tramp bildirib. Qəzetin yazdığına görə, o, bu ehtimalı “heç vaxt istisna etmədiyini” vurğulasa da, biznes dünyasının ona daha yaxın olduğunu etiraf edib. Hazırda Erik Tramp kriptovalyuta sahəsində fəaliyyət göstərən "World Liberty Financial" şirkətinə rəhbərlik edir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 5-də verdiyi açıqlamada “böyük ehtimalla” növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirib. ABŞ Konstitusiyasına görə, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Buna baxmayaraq, Donald Tramp bir neçə dəfə bəzi şərtlər daxilində üçüncü dəfə də namizəd ola biləcəyini istisna etmədiyini söyləyib.

Navroçki andiçmə mərasimində çıxış edərək, Polşa Respublikasının bütün vətəndaşlar üçün ümumi dəyər olduğunu vurğulayıb və xalqın səsi olacağını bildirib. O, seçki kampaniyası zamanı üzləşdiyi təhqirlərə baxmayaraq, azad xalqın iradəsinin qalib gəldiyini qeyd edib və bölünmələrə baxmayaraq millətə xidmət edəcəyini vurğulayıb.