#aviareyslər

Azərbaycan və Rusiya bəzi istiqamətlər üzrə birbaşa aviareyslərin bərpasını planlaşdırır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla keçirdiyi görüşdən sonra açıqlama verib. O bildirib ki, 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasından sonra tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu bəzi marşrutlar üzrə uçuşlar yaxın vaxtlarda bərpa oluna bilər. Nazir həmçinin Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının ilin sonunadək keçiriləcəyini bildirib. Bundan əvvəl isə sentyabr ayında Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş planlaşdırılır. Görüşdə nəqliyyat, iqtisadi əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək. Tərəflər müntəzəm təmasların davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Birbaşa reyslərin bərpası iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım hesab olunur.

Küveyt bəzi beynəlxalq aviareyslərin fəaliyyətini yenidən bərpa etmək qərarına gəlib. Bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb. Qərar Körfəz, ərəb və digər xarici aviaşirkətləri əhatə edir. Uçuşların məhdud sayda həyata keçiriləcəyi bildirilib. Hələlik reys cədvəli açıqlanmayıb. Uçuşların 4-cü terminal üzərindən təşkil olunacağı qeyd edilir. Bu ayın əvvəlində hava limanının 1-ci terminalı pilotsuz uçuş aparatı hücumuna məruz qalmışdı. Hücum nəticəsində insan itkisi və ciddi dağıntılar qeydə alınmışdı.

İranın "Təsnim" xəbər agentliyinin verdiyi məlumata görə, sabah — çərşənbə günündən etibarən ölkədə daxili aviareyslərin fəaliyyəti yenidən bərpa ediləcək. İran Hava Yollarından (Iran Air) verilən rəsmi açıqlamada bildirilib ki, tam 50 günlük fasilədən sonra ilk daxili uçuş sabah çərşənbə günü Tehran-Məşhəd marşrutu üzrə həyata keçiriləcək