#ABŞ və İran danışıqlarında əsas güc faktorları nədir

ABŞ və İran arasında “son şans” kimi qiymətləndirilən danışıqlar ərəfəsində hər iki tərəfin masaya hansı güc rıçaqları ilə oturduğu sualı münaqişənin gələcək taleyini müəyyən edən əsas amilə çevrilib. Mövcud vəziyyət göstərir ki, tərəflər yalnız diplomatik arqumentlərlə deyil, paralel şəkildə hərbi, iqtisadi və geosiyasi alətlərdən istifadə edərək danışıqlara təzyiq mühiti yaradır.