PKK-nın silahı yerə qoyması ilə yanaşı, terror təşkilatının arsenalındakı silah və sursatın başqa bölgələrə və ya digər terror qruplaşmalarına ötürülməsinin qarşısının alınması üçün nəzarət mexanizmi yaradılacaq. MİT-in nəzarəti altında Türkiyənin Milli Müdafiə Nazirliyinə təhvil veriləcək silahlar ayrı-ayrılıqda qeydiyyata alınacaq və onların sayı mövcud kəşfiyyat məlumatları ilə müqayisə ediləcək. Bununla təhvil verilən silah və sursatda hər hansı çatışmazlığın müəyyənləşdirilməsi nəzərdə tutulur.
#NATO standartları
Türkiyənin 1952–1959-cu illərdə NATO çərçivəsində həyata keçirdiyi diplomatik, hərbi və siyasi fəaliyyətləri əks etdirən tarixi film arxivi ilk dəfə ictimaiyyət üçün açıq istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin yaydığı məlumata görə, arxivdə Türkiyənin NATO-ya üzvlüyünün ilk illərinə aid çoxsaylı tarixi videokadrlar yer alır. Materiallar ölkənin alyans daxilindəki diplomatik təmsilçiliyini, hərbi əməkdaşlığını və siyasi fəaliyyətini əks etdirir.
Türkiyənin aparıcı sənaye qruplarından biri olan Koç Holdinq Avropa bazarında mövqeyini gücləndirmək istiqamətində yeni addım atıb. Holdinqin müdafiə sənayesi şirkəti Otokar Rumıniyada fəaliyyət göstərən “Automecanica SA” şirkətinin səhmlərinin 96,77 faizini almaq üçün müqavilə imzalayıb.
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün “Maşın və Kimya Sənayesi” səhmdar cəmiyyətinin Ankara və Kırıkkale şəhərlərində yerləşən istehsal müəssisələrini ziyarət edib.