Xəyali aləmə aparacaq sərginin əsas personajları təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar, fantastik varlıqlardı. Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi çərçivəsində yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün zərif bir tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Həmin sehrli kainat isə reallıqla təxəyyül dünyası arasındakı sərhədləri araşdıran dünyaşöhrətli rəssamlar - İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi sənətkarların yaradıcılığına istinadən ərsəyə gəlib.