Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
#sammit
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşün uğurla nəticələnmə ehtimalını 75 faiz olaraq qiymətləndirib. Tramp bu fikri “Fox News Radio”ya verdiyi müsahibədə səsləndirib.
Tramp mətbuat konfransında “Vladimir Putinlə danışacağam və ona bu müharibəni bitirməli olduğunu deyəcəyəm” sözlərini səsləndirib, ən qısa zamanda atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Zelenskinin ərazi güzəştlərinin konstitusiya təsdiqini tələb etməsi ilə bağlı bəyanatından bir az narahat olduğunu bildirib. Trampın komandası Alyaska sammitinə İkinci Dünya Müharibəsindən sonra Avropanın xəritəsini formalaşdıran Yalta sammiti kimi önəm verir. Bu sammitdə Tramp, Putinlə yanaşı, Avropa məsələlərini müzakirə edəcək.
ABŞ Prezidenti Donald Tramp, Rusiyanın və Ukraynanın iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirmə ideyasına açıq olduğunu bildirib. Lakin, hazırda ABŞ tərəfi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün hazırlıqlarını aparır.
Nyu-Yorkda bu gün Kipr sammiti keçiriləcək.
Braziliyada keçirilən BRİKS sammitində iştirak edən ölkələrin liderləri Suriya ilə bağlı birgə bəyanat yayıblar.
BRİKS ölkələrinin liderləri bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitdə Qəzza zolağında 22 aydır davam edən müharibəyə son qoymaq üçün qeyd-şərtsiz atəşkəsə çağırış ediblər.
Avropa İttifaqı (Aİ) ölkələrinin ordularının döyüş hazırlığı artırılmalı və yaxın beş il ərzində hərbi təhlükələrə avtonom şəkildə cavab vermə qabiliyyəti əldə edilməlidir.