#İslamabad danışıqlarının iflası: Trampdan İran minalarının təmizlənməsi və hərbi müdaxilə hədəsi

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçirilən yüksək səviyyəli görüşlərdən sonra İranın nüvə proqramı və Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı şok bəyanatlar verib. Prezident İranın dünyanı şantaj etdiyini bildirərək, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazın tam blokadaya alınması və minaların təmizlənməsi barədə göstəriş verib.