Cənubi Koreyanın avtomobil nəhəngi KIA, qlobal strategiyasında böyük dəyişikliklər edir. Seulda keçirilən "CEO Investor Day" tədbirində şirkət 2030-cu ilə qədər illik qlobal satışlarını 4,13 milyon ədədə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hədəfin 1 milyonunu elektromobillər (EV), 1,1 milyonunu isə hibrid modellər təşkil edəcək.