İranın Pakistandakı səfiri Rza Amiri Moqadam bildirib ki, Tehranın 10 maddəlik sülh planı əsasında danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyəti bu gecə İslamabada yola düşəcək.
#Pakistan vasitəçiliyi
ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasını "kövrək" adlandıraraq, İran tərəfinə xəbərdarlıq edib. Macarıstanın ali təhsil müəssisələrindən birində çıxış edən vitse-prezident Vens ABŞ-İran münasibətlərindəki son gərginliyi və əldə olunmuş müvəqqəti razılaşmanı şərh edib. O bildirib ki, Prezident Donald Tramp İran rəhbərliyinə vaxt qoyaraq, Hörmüz boğazının dərhal açılmasını və qlobal iqtisadiyyatın girov saxlanılmasına son qoyulmasını tələb edib. İranın bu şərtləri qəbul etməsi qarşılığında ABŞ və müttəfiqləri hücumları dayandırmağa razılıq veriblər.
ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır: