#ABŞ Hərbi Hava Qüvvələri

ABŞ İranla qarşıdurma fonunda bölgədə hərbi heyətinin sayını artırır. Kral Birləşmiş Xidmətlər İnstitutunun mütəxəssisi Maykl Stivens bu prosesin müəyyən hazırlıq işlərinə işarə etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin bəzi hərbi qulluqçuları bölgəyə göndərilmək üçün xidmətə çağırılıb. Bununla belə, hərbi qüvvələrin artırılmasının konkret məqsədi hələlik məlum deyil. Stivens ABŞ-nin hazırkı şəraitdə İrana quru qoşunları yeridərək qələbə qazanmasının mümkün olmadığını düşünür. O, mövcud vəziyyətin hər iki tərəf üçün çətin olduğunu vurğulayıb. Mütəxəssisin fikrincə, hazırda nə ABŞ, nə də İran qarşıdurmada üstün mövqeyə sahibdir. Tərəflər arasında yaranmış çıxılmaz vəziyyətin necə dəyişəcəyi isə qeyri-müəyyən olaraq qalır.

ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin keçmiş döyüş pilotları Türkiyənin beşinci nəsil KAAN qırıcı təyyarəsinin P1 prototipinin yer sınaqlarını qiymətləndirib. Keçmiş pilotların diqqət yetirdiyi əsas məsələlərdən biri təyyarənin xarici görünüşü və aerodinamik quruluşu olub. Trevor Hartsock KAAN-ın dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin F-22 “Raptor” qırıcısını xatırlatdığını bildirib.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsinin Kaliforniya ştatındakı Edvards Hərbi Hava Bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb. ABŞ mətbuatının hərbi mənbələrə istinadən yaydığı məlumatlara görə, təyyarədə olan 8 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Məlumatda bildirilir ki, ilkin araşdırmalar qəza zamanı sağ qalma ehtimalının olmadığını göstərib.