ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisinə qatılacağı ilə bağlı açıqlaması Vaşinqton tərəfindən sonradan “zarafat” kimi təqdim edilib. ABŞ rəsmisinin bu açıqlamanı düzəltməsi isə onsuz da gərgin olan Yaxın Şərqdə siyasi ritorikanın nə qədər təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Dünyanın ən güclü hərbi qüvvəsinə malik ölkəsinin prezidentinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı belə açıqlama verməsi beynəlxalq ictimaiyyətdə ciddi suallar yaradıb. Xüsusilə də ABŞ rəhbərinin əvvəlki sərt bəyanatları fonunda hansı açıqlamanın real təhdid, hansının isə siyasi ritorika və ya zarafat olduğunu müəyyənləşdirmək çətinləşir.
#Hörmüz boğazı gərginliyi
Yaxın Şərqdə davam edən "Epik Qəzəb" əməliyyatı çərçivəsində ABŞ hərbi hava qüvvələri ard-arda ağır itkilər verir. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulan F-15 qırıcısının ardınca, Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus ikinci bir döyüş təyyarəsinin vurulduğu bildirilir.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatların yaratdığı qlobal qeyri-müəyyənliyə baxmayaraq, ABŞ əmək bazarında mart ayında gözlənilməz canlanma müşahidə olunub. ABŞ Əmək Statistika Bürosunun son hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi 4,3 faizə enib. Mart ayında qeyri-kənd təsərrüfatı sektorunda 178 min yeni iş yeri açılıb ki, bu da fevral ayındakı kəskin azalmadan sonra mühüm reabilitasiya göstəricisidir.