#ABŞ-da Qızıl Qübbə dövrü: 1.5 trilyon dollar hara xərclənəcək?

ABŞ Prezidenti Donald Tramp Konqresə təqdim etdiyi 2027-ci il büdcə layihəsində hərbi xərclərin rekord həddə – 1.5 trilyon dollara çatdırılmasını tələb edib. Bu rəqəm ötən illə müqayisədə hərbi büdcənin təxminən 40 faiz artırılması deməkdir. Büdcə müraciəti Ağ Evin "Güc vasitəsilə sülh" strategiyasına sadiqliyini və daxili proqramların hesabına hərbi modernləşməyə üstünlük verdiyini nümayiş etdirir.