Türkiyənin ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün göstərdiyi diplomatik səylər fonunda, Vaşinqtondakı bəzi qrupların Ankara əleyhinə fəaliyyətləri kəskinləşib. Sözügedən hesabatda Türkiyənin NATO-dakı müttəfiqlik prioritetlərindən uzaqlaşdığı və bəzi dini strukturlardan siyasi məqsədlər üçün istifadə etdiyi iddia olunur. Lakin FDD-nin bu həmləsinə ABŞ-ın nüfuzlu siyasi dairələrindən sərt reaksiya gəlib. Donald Trampın birinci prezidentliyi dövründə Almaniyadakı səfiri və Milli Kəşfiyyat Direktorunun vəzifəsini icra edən Riçard Qrenell sosial media hesabından FDD-yə etiraz bildirib. Qrenell vurğulayıb ki, Türkiyə 1952-ci ildən NATO üzvüdür və "Türkiyə ittifaqdan ayrılarsa, NATO-nun mövcudluğu sona çatar".