#Pentaqon itkiləri gizlədirmi? 750 ABŞ əsgəri haqqında şok iddia

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İsrail ordusu fevralın 28-dən başlayan genişmiqyaslı hərbi əməliyyatların 34-cü günündə İran daxilindəki hədəflərə endirilən zərbələrin statistikasını açıqlayıb. Verilən rəsmi məlumatlara görə, koalisiya qüvvələri indiyədək İranın hərbi və strateji infrastrukturuna aid 16 mindən çox obyekti hədəf alıb.