#İran və Livandan eyni vaxtda raket yağışı: Qolanda gərgin anlar

Çərşənbə axşamı İsrail müharibənin başlanğıcından bəri İran tərəfindən həyata keçirilən ən genişmiqyaslı raket hücumuna məruz qalıb. İsrail mediasının və hərbi mənbələrin məlumatına görə, bu hücum dalğası istifadə olunan silahların növü və əhatə dairəsinə görə əvvəlkilərdən kəskin fərqlənib.