#Müsəlman Qardaşlar təşkilatı

"İxvan"a yaxın cərəyanlar son dərəcə mürəkkəb bir təzyiqlə üz-üzə qalıb. Körfəz dövlətlərinin birbaşa İranın hədəfinə çevrildiyi bir məqamda onlar İrana necə rəğbət bəsləyə və ya onun mövqeyinə necə haqq qazandıra bilərlər? Burada məsələ təkcə hökumətlərin reaksiyası ilə məhdudlaşmır, həm də qarşıdurmanın yeni səviyyəyə keçməsi - Körfəz xalqlarının təşkilata qarşı mövqeyi ilə bağlıdır. Körfəz ölkələri son aylarda İranın hücumlarına qarşı kəskin və vahid mövqe nümayiş etdiriblər. Belə bir mühitdə Tehranla siyasi və ya media müstəvisində eyni cəbhədə yer almaq "İxvan" üçün olduqca baha başa gəlir.

Bu yay Tunis kənarındakı Murnağıyə həbsxanasında istilik 50°C-ni keçdi. İyulun 17-də Müsəlman Qardaşlar hərəkatından ilhamlanan Tunisin "Ənnəhda" siyasi partiyasının 85 yaşlı qurucusu Rəşid Qannuşi kamerasında huşunu itirdi. Onun taleyi 2012-ci ildə Misir prezidenti seçilən və 2019-cu ildə məhbəsdə vəfat edən Müsəlman Qardaşlar nümayəndəsi Məhəmməd Mursinin taleyini xatırladır.

23 Aprel tarixi dünya miqyasında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Aşağıda bu gün baş vermiş mühüm tarixi hadisələrin xronoloji icmalını təqdim edirik:

Fevral ayından bəri İranda alovlanan müharibə regional arenada, xüsusilə də Fələstin müqavimət hərəkatlarının, ən başda isə "HƏMAS"ın müttəfiqlik xəritəsində hiss olunan dəyişikliklərə səbəb olub. Tehrandakı münaqişənin təsiri yalnız İran ərazisi və ya Qərb maraqları ilə məhdudlaşmayıb, regional müttəfiqlərə də sirayət edib. Belə ki, İranın nüfuzu tədricən azalmağa başladığı bir vaxtda, regional xaosdan və müharibənin diktə etdiyi dəyişikliklərdən yararlanan "HƏMAS" daxilindəki "Müsəlman Qardaşlar" (İxvan) qanadı yeni siyasi güc qazanmağa başlayıb.