#Bakıda mühüm iqtisadi görüş: İnvestisiya əməkdaşlığı genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İki ölkə arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi qeyd edilib. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar və yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib. Qeyri-neft-qaz sektoru, texnologiya transferi və dayanıqlı inkişaf, xüsusilə innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.