Qətər Mərkəzi Bankı ölkə iqtisadiyyatının güclü göstəricilərini, iqtisadi şaxələnmənin davam edən dinamikasını və əsas makroiqtisadi göstəricilərin dayanıqlılığını əks etdirən 2025 ili üzrə İllik Makroiqtisadi İcmalını dərc edib. ArabAz xəbər verir ki, Mərkəzi Bank bildirib ki, illik icmal Qətər iqtisadiyyatının çətinliklərə sinə gərmək, iqtisadi sabitliyi qorumaq qabiliyyətini və dözümlülüyünü bir daha təsdiqləyir. Qurum mürəkkəb qlobal mühitə baxmayaraq 2025 ilində Qətərin real ümumi daxili məhsulunun 2.9 faiz artdığını diqqətə çatdırıb.
#Qətər Mərkəzi Bankı ehtiyat normasını azaltdı
Qətər Mərkəzi Bankı maliyyə sabitliyini qorumaq məqsədilə bir sıra qabaqlayıcı tədbirlər paketi açıqlayıb. Rəsmi bəyanata əsasən, bank sektorunda likvidliyin artırılması üçün məcburi ehtiyat norması 4,5 faizdən 3,5 faizə endirilib. Bu addım bank sisteminə əlavə vəsait axınını təmin etməyə və iqtisadi fəallığı dəstəkləməyə yönəlib.