#Qətər rəsmisi: qərarlar əvvəlcədən planlaşdırılıb

Qətərin ədliyyə naziri və Nazirlər Şurası işləri üzrə dövlət naziri İbrahim bin Əli əl-Məhəndi ölkəsinin mövcud böhranı yüksək peşəkarlıq, şəffaflıq və çevikliklə idarə etdiyini bəyan edib. Nazir televiziya müsahibəsində bildirib ki, qəbul edilən qərarlar yalnız cari vəziyyətə reaksiya deyil, əvvəlcədən hazırlanmış strateji planların davamıdır. Onun sözlərinə görə, Qətər müxtəlif fövqəladə hallara qarşı hazır mexanizmlərə malikdir və bu mexanizmlər çevik yanaşma ilə tətbiq olunur.