#Donald Tramp: Maduro ABŞ-a narkotik axınının rəhbəri idi

ABŞ-ın həyata keçirdiyi hərbi müdaxilə nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq Nyu-Yorka gətirilən Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Manhattan federal məhkəməsində növbəti dəfə hakim qarşısına çıxıblar. Bu məhkəmə iclası tərəflərin dəlilləri və müdafiə tərəfinin işin dayandırılması ilə bağlı vəsatətlərinin ilkin qiymətləndirilməsi məqsədilə keçirilib.