#Hörmüz boğazı üçün Doğru Razılaşma şərti: Tramp Tehranın yalvarışlarına hələlik cavab vermir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında İranla müharibənin gedişatı və müttəfiqlərin bu prosesdəki mövqeyi ilə bağlı açıqlamalar verib. Tramp xüsusilə NATO üzvlərinin ABŞ-ın yardım çağırışlarına səssiz qalmasını gələcək münasibətlər üçün bir "sınaq" adlandıraraq, Vaşinqtonun bu laqeydliyi yaddaşından silməyəcəyini vurğulayıb.