#İsrail həyəcandadır: Tramp və Tehran arasında çərçivə sazişi masadadır.

İsrailin nüfuzlu "Channel 12" telekanalı hökumət dairələrindəki mənbələrinə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv ABŞ Prezidenti Donald Trampın gələn şənbə gününə qədər İranda atəşkəs elan edəcəyi ehtimalına qarşı ciddi hazırlıq görür. Bu xəbər regionda 28 fevraldan bəri davam edən genişmiqyaslı müharibənin gedişatında kəskin dönüş nöqtəsi kimi qiymətləndirilir.