#Netanyahudan kritik fərman: Ordunun ehtiyat qüvvələrinin limiti artırıldı.

İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ölkə ordusunun (SAXAL) döyüş qabiliyyətini gücləndirmək məqsədilə 400 minə qədər ehtiyatda olan hərbçinin xidmətə çağırılmasına yaşıl işıq yandırıb. "The Times of Israel" qəzetinin yaydığı məlumata görə, bu qərar regional müharibənin miqyasının genişlənməsi fonunda qəbul edilib.