#Terrorçusuz Türkiyə prosesi davam edir: Nazirlər Kabinetinin mühüm qərarları.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində regional gərginliklər, xüsusilə ABŞ-İsrail və İran arasındakı müharibə fonunda ölkəsinin strateji mövqeyini və daxili təhlükəsizlik məsələlərini şərh edib. Dövlət başçısı Türkiyənin heç bir provokasiyaya yol verməyəcəyini və "Terrorçusuz Türkiyə" hədəfinə doğru qətiyyətlə irəlilədiyini vurğulayıb.