#Benyamin Netanyahu: İran və Livanda hərbi əməliyyatları dayandırmayacağıq.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi strategiyası ilə bağlı növbəti sərt bəyanatını verib. Baş nazir vurğulayıb ki, İsrail ordusu qarşıya qoyulan məqsədlərə çatmaq və milli maraqları təmin etmək üçün həm İranda, həm də Livanda hərbi əməliyyatları dayandırmayacaq. Netanyahunun sözlərinə görə, hücumların əsas hədəfi düşmənin strateji imkanlarını tamamilə sıradan çıxarmaqdır: "Biz İran və Livanda zərbələr endirməyə davam edəcəyik ki, raket proqramını, nüvə infrastrukturunu və Hizbullahın rəhbərliyini tamamilə məhv edək."